Emissiya Prospekti

müəyyən qiymətli kağızın yeni buraxılışı zamanı qiymətli kağızlar bazarının buraxılışının tənzimlənməsi üzrə səlahiyyətli quruma təqdim edilən, emitent və buraxılan qiymətli kağız haqqında məlumatlar əks olunan sənəd.
Emissiya Qiymətli Kağızı
Emitent
OBASTAN VİKİ
Emissiya prospekti
Emissiya prospekti — (ing. Prospectus)- Müəyyən qiymətli kağızın yeni buraxılışı (emissiyası) zamanı qiymətli kağızlar bazarının buraxılışının tənzimləməsi üzrə səlahiyyətli quruma təqdim edilən, emitent və buraxılan kağız haqqında məlumatlar əks olunan sənəd.
Emissiya
Pulların emissiyası (ing. Money creation) — bu tədavülə əlavə pul burax­maq­dır ki, bu da tədavüldə olan pul kütləsinin artımına gətirir çıхa­rır. Emissiya (ing. issue) — bütün növ pul nişanlarının və qiymətli kağızların dövriyyəyə buraxılması. Pul nişanlarının emissiyası bir qayda olaraq dövlətə məxsusdur. Pulun emissiyasını ölkənin Mərkəzi Bankı həyata keçirir. Qiymətli kağızların emissiyası isə həm dövlət orqanları, həm də qeyri-dövlət qurumları tərəfindən həyata keçirilə bilər. Məhz bu cəhətinə görə qiymətli kağızları 2 qrupda təsnifləşdirilir: dövlət və qeyri dövlət . Tədavülə pul buraxmaq hər gün bank əməliyyatları apa­rı­lan zaman icra olunur. Nağd pulun tədavülə buraxılması kas­­sa əməliyyatı aparılan vaxt baş verir bu da bankların müş­­tərilərə öz kassalarından nağd pul verməsi ilə davam edir (əməkhaqqının ödənişi, nağd formada əhaliyə verilən ssudalar).
Termoelektron emissiya
Termoelektron emissiya — yüksək tempraturun köməyi ilə elektronun metaldan ayrılması hadisəsi. İlk dəfə 1881‐ci ildə Amerika ixtiraçısı Tomas Edison tərəfindən aşkar edilmişdir. O, kömür elektrodlu közərmə lampaları ilə təcrübələr apararkən lampada vakuum yaratmış və buraya kömür teldən əlavə, həm də müstəvi metal lövhə yerləşdirmişdir. Metal lövhəni naqil vasitəsi ilə qalvanometrə sonra isə xarici gərginlik mənbəyinin müsbət qütbünə birləşdirdikdə, qalvanometrin cərəyan göstərdiyini müşahidə etmişdir. Həmin lövhəni mənbəyin mənfi qütbünə birləşdirdikdə isə qalvanometrdən cərəyan keçməmişdir. Bu effekt, Edison effekti, qızmış metalların və başqa cisimlərin qaz və ya vakuumda özündən elektron buraxması hadisəsi isə termoelektron emissiya adlandırıldı.
Pozitron emissiya tomoqrafiyası
Pozitron emissiya tomoqrafiyası (qısaldılmış PET, həmçinin iki foton emissiya tomoqrafiyası kimi də tanınır) — insanın və ya heyvanların daxili orqanlarını öyrənmək üçün radionuklid tomoqrafiya üsulu. Metod pozitronların elektronlarla annihilyasiyası nəticəsində yaranan bir cüt qamma şüalarının qeydə alınmasına əsaslanır. Pozitronlar, tədqiqatdan əvvəl orqanizmə daxil olan bir radiofarmasevtik dərmanın bir hissəsi olan bir radionuklidin pozitron beta parçalanmasından yaranır. Maddədə (xüsusən də orqanizmin toxumasında) dayanmış pozitronun mühitin elektronlarından biri ilə məhv edilməsi eyni enerjiyə malik iki qamma kvant yaradır, bir düz xətt boyunca əks istiqamətlərə yayılır. Tədqiq olunan obyektin ətrafında yerləşən detektorların böyük dəsti və onlardan gələn siqnalların kompüterlə işlənməsi skan edilmiş obyektdə radionuklidin paylanmasının üçölçülü yenidən qurulmasını həyata keçirməyə imkan verir. Demək olar ki, həmişə PET tomoqrafı KT və ya MRT skaneri ilə birləşdirilir.
Andraşi prospekti
Andraşi prospekti (və yaxud Andarşşi, mac. Andrassy út) — Macarıstanın parad prospekti. Onun möhtəşəm zərif görünüşünə görə, prospekt, Budapeştin Yelisey bağları adlanır. Avstriya-Macarıstan Xarici İşlər naziri Dyüla Andraşının adını daşıyır. Andraşi prospektində, kontinental Avropanın ən qədim metrosunun ilk xətti çəkilmişdir. Andrassi prospekti, 1896-cı ildə memar Mikloş İblin möhtəşəm layihəsinə əsasən, Edön Lexner də daxil olmaqla, həmin dövrün bir çox görkəmli memarlarının iştirakı ilə, vətənlərinin Macarlar tərəfindən əldə edilməsinin minilliyin qeyd olunması ilə əlaqədar olaraq inşa edilmişdir. 1956-cı ilin inqilabi ilində Molodezinin prospektinə çevrilib, sonra 1989-cu ilədək Xalq Cəbhəsi adlandırıldı. 2002-ci ildə Andrassi prospekti UNESCO-nun Dünya İrs Siyahısına yazılmışdır. Macar dövlət opera teatrı Dreksler sarayı Paris univermağı Terror muzeyi Ferens List adına Memorial və Araşdırma Mərkəzi Budapeşt kukla teatrı Венгрия. Издательство "Вокруг света", 2009 ISBN 978-5-98652-226-5 Михаэль Херл.
Azadlıq prospekti
Azadlıq prospekti (Rusiya)
Buyonnovski prospekti
Budyonnovski prospekti — Rostov-na-Donu şəhərində yerləşən mərkəzi prospektlərdən biri. Bolşoy Sadovaya küçəsi ilə kəsişərək, paralel şəkildə Voroşilov prospektinə çıxır. Əvvəllər müxtəlif cür adlandırılmışdır: Taqanroq yolu (XVIII əsr), Taqanroq küçəsi (XIX əsr), Taqanroq prospekti (XX əsr). == Tarixi == Küçə Semyon Mixayloviç Buyonnovskinin şərəfinə sdlandırılmışdır. O, sovet hərbi rəhbəri dövlət və partiya xadimi olmuşdur. Rusiyada baş vermiş vətəndaş müharibəsi zamanı 1-ci atlı ordusunun komandanı olmuşdur. Bolşoy Sadovnaya küçəsi ilə birləşən hissədə, ev 32 ünvanında barelyef qoyulmuşdur. Budyonnovski prospekti ilə Puşkinskaya küçəsinin kəsişməsində Budyonnovskiyə abidə ucaldılmışdır. == Coğrafiyası == Nömrələr cənubdan şimala doğru artır. Prospektdə yerləşir: Resker və Xosudovskinin gəlirli binası, Budyonnovski 10 (sökülmüşdür).
Mərdəkan Prospekti
Mərdəkan prospekti — Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən ən uzun prospekt. Prospekt öz başlanğıcını Heydər Əliyev prospektinin sonundan götürür və Mərdəkan qəsəbəsinə qədər uzanır. Prospektin uzunluğu 8.40 km,eni isə 30 m-dir. Bəzi yerlərdə prospektin eni 55m-ə qədər genişlənir.
Mətbuat prospekti
Mətbuat prospekti — Bakı şəhərinin Yasamal rayonunda prospekt. Prospektdə Azərbaycan nəşriyyatı (əvvəlki Kommunist nəşriyyatı) yerləşdiyindən belə adlandırılmışdır. Mətbuat prospekti Abbas Mirzə Şərifzadə və Zahid Xəlilov küçələrinə paraleldir. Mətbuat prospekti Mikayıl Müşfiq küçəsindən başlayır və Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişmədə bitir. Yasamal parkında bitən prospektin davamı olaraq Həsən bəy Zərdabi küçəsi başlayır. Seyfəddin Dağlı küçəsi Abbas Mirzə Şərifzadə küçəsi Ayna Sultanova küçəsi Məmməd Rahim küçəsi Bəxtiyar Vahabzadə küçəsi İsfəndiyar Zülalov küçəsi Şəhriyar küçəsi № ? — Yasamal qəbiristanlığı № ? — Azərbaycan nəşriyyatı № 23 — Beynəlxalq Mətbuat Mərkəzi № 25 — Kaspi Təhsil Mərkəzi № ? — Bakı Dövlət Universitetinin yataqxanaları № ?
Neftçilər prospekti
Neftçilər prospekti — Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən, iki istiqamətli 5 zolaqlı küçədir. Küçə öz başlanğıcını Azneft meydanından götürür, Bakı bulvarı boyunca uzanaraq, Yusif Səfərov küçəsi səviyyəsində Nobel prospektinə keçir. Küçənin uzunluğu 3,3 km-dir.
Paulista prospekti
Avenida Paulista və ya Paulista prospekti (port. Avenida Paulista) — Braziliyanın San-Paulu şəhərinin məşhur prospekti.
Rustaveli prospekti
Rustaveli prospekti (gürc. რუსთაველის გამზირი) — keçmişdə Qolovin küçəsi kimi bilinən, daha sonralar isə orta əsr gürcü şairi olmuş Şota Rustavelinin xatirəsinə adlandırılan Tbilisinin mərkəzi prospektidir. Prospekt Azadlıq meydanından başlayır və təxminən 1.5 km Kostava küçəsinə kimi uzanır. Rustaveli tez-tez Tbilisinin bir çox hökumət, ictimai, mədəni və biznes binalarının yerləşdiyi hissəyə çıxış üçün əlverişli ara yol hesab edilir. Gürcüstanın keçmiş Parlament binası, Gürcüstan milli Opera Teatrı, Rustaveli teatrı, Gürcüstan milli Elmlər Akademiyası, Kaşveti kilsəsi, Gürcüstan dövlət muzeyi (Gürcüstan milli muzeyinin bir hissəsi) və Tbilisi Biltmor hoteli məhz Rustavelidə yerləşir. 1989-cu ildə on minlərlə gürcü parlament binasından öncə məhz Rustavelidə toplandı. Sovet spetsnaz qüvvələri tərəfindən hücuma məruz qalmış etirazçıların bir hissəsi 9 Aprel faciəsində burada qətlə yetirilmişdir. 2007 və 2011-ci illərdə prospekt anti-hökumət etirazlarının mərkəzi olmuşdur. Tiflis metropoliteni və avtobuslarla buraya gəlmək mümkündür. Bura Tbilisinin ikinci tarixi hissəsi sayılan — Aqmaşenebeli prospektindən sadəcə 1 metro stansiya aralıda yerləşir.
Şanzelize prospekti
Şanzelize prospekti və ya Şanzelize Bulvarı (Fransız dili: Avenue des Champs-Élysées; qısaca Şanzelize, Champs-Élysées), Fransanın paytaxtı Paris in məşhur bir prospektidir. Parisin ən gözəl prospekti olaraq göstərilməkdədir və Fransızlar aralarında dünyanın ən gözəl bulvarı deyə xitab edərlər. Adını Yunan mifologiyasında cənnət olaraq göstərilən Elysion düzənliklərindən götürmüşdür. Şanzelize Parisin şimal qərbində, 8. bölgəsində var. Luksor Obeliski tapıldığı Concorde Meydanından başlar və Arc da Triomphe abidəsinin tapıldığı Charles də Gaulle Meydanında bitər (köhnə adı Ulduz Meydanı). 1950 metr uzunluğundakı bulvarın ilk kilometri düz, ikinci kilometri isə yoxuşludur. Genişliyi isə 70 metrdir. Yol boyu düz xəttli olduğu üçün sırasıyla Louvre Sarayı, Arc da triomphe du Carrousel, Tuileries Bağçası və Luksor Obeliski və bir az qərbdə Paris xaricində qalan Arche də la Défense düzülər. Fransız səlahiyyətlilər bu düz xəttli yola Axe Historique adını vermişlər.
Şoloxov prospekti
Şoloxov prospekti — Rostov-na-Donu şəhərində, Rroletarnı və Pervomayski rayonlsrı arasında yerləşir. Rostov-na-Donu şəhərində uzunluğuna görə ikinci küçədir Enegetiklər meydanından başlayaraq Aksay prospektinə qədər davam edir. Buradan federal əhəmiyyətli М-4 Don avtomagistralına çıxır. Prodpektin uzunluğu 7,8 km təşkil edir. Bir başa avtomagistrala çıxışı onun yükünü artırır. Küçədən avtomobil və troleybus nəüliyyatı hərəkət edir. 3 iyul 1984-cu ildə SSRİ Nazirlər Sovetinin göstərişinə görə Oktyabrskaya küçəsinin adı böyük sovet yazıçısı Mixail Aleksandroviç Şoloxovun şərəfinə Şoloxov prospekti adlandırılmışdır. Rostov hava limanı. Köhnə avtovağzal - hazırda şəhər daxili məqsədlər üçün istifadə edilir. Sahəsinə görə şəhərin ən böyük parkı - Nikolay Ostrovski adına park, həmdə burada Aviatorlar parkı vardır.
Azadlıq Prospekti metrostansiyası
"Azadlıq Prospekti" metrostansiyası — Bakı metrosunda stansiya. "Azadlıq Prospekti" Azərbaycanda platforması sütunsuz olan ilk metrostansiyadır. "Azadlıq Prospekti"nin digər stansiyalardan əsas fərqi də bundan ibarətdir. Stansiyanın yerləşdiyi yer layının süxurları əsasən əhəng daşından ibarət olduğundan platformanı sütunsuz inşa etmək mümkün olub. 15 metr dərinlikdə yerləşir. Stansiyanın memarı Elbəy Qasımzadədir. Stansiyanın daxili sistemlərinin qurulmasında Türkiyə, Rusiya, Almaniya və digər ölkələrdən gətirilmiş avadanlıqlardan istifadə olunub. Stansiya 30 dekabr 2009-cu ildə istifadəyə verilmişdir. Açılışında prezident İlham Əliyev iştirak etmişdir.
David Aqmaşenebeli prospekti
David Aqmaşenebeli prospekti (gürc. დავით აღმაშენებლის გამზირი) — Tbilisidə Çuqureti rayonunda, Saarbrücken meydanından Tsabadze küçəsinə qədər olan prospekt. Prospekt şəhərin əsas küçələrindən biri sayılır. Prospektin ilk adı Mixaylovski Prospekti (1851) olmuşdur. Rusiya imperatoru I Nikolayın oğlunun şərəfinə, Avlabar qapısından keçən köhnə Avçal yoluna paralel olaraq salınmışdır. 1735-ci il şəhərin baş planında müasir Vaxuşti Baqrationi prospektinin əvvəlində Axalsopeli kəndi göstərilir. 1800-cü il baş planında kilsəsi olan Kukia kəndi bu yerdə göstərilir. Üstəlik ərazi qala ilə əhatə olunmuş və divarları, ətrafında geniş bir şəxsi bağ mövcud idi. 1818-ci ildə, burda əsasən kənd təsərrüfatı ilə məşğul olan, tərəvəz bağları üçün sahə şumlayan, hətta suvarma kanalı çəkən Vürttemberg alman kolonistlərinin Aleksanderdorf (Rusiya monarxı I Aleksandrın şərəfinə adlandırılan) qəsəbəsi yarandı. 1853-cü ildə ərazi şəhər sərhədlərinin bir hissəsi oldu.
Heydər Əliyev prospekti
Heydər Əliyev prospekti — Bakı şəhərində ən uzun və geniş prospekt. Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan prospektin əvvəlki adı Moskva prospekti olmuşdur. Heydər Əliyev prospekti Bakı şəhərində ən uzun və geniş prospekt olaraq paytaxtın giriş qapısı sayılır. Bir sıra dövlət qurumlarının, böyük şirkətlərin inzibati binaları, həmçinin Heydər Əliyev Mərkəzi bu prospektdə yerəşir. Prospektə Ulu Öndərin adı 14.04.2004-cü il tarixli, 124 nömrəli sərəncama əsasən verilmişdir. Prospektin keçmiş adı Moskva olmuşdur. 1990-cı illərin əvvəllərində prospektin uzunluğu 4 kilometr olan cənub hissəsi (Qədirbəyov küçəsinə qədər) Xətai prospekti adlandırıldı. 2004-cü ildə prospekt Heydər Əliyevin şərəfinə adlandırıldı ("Moskva prospekti" adı şəhərin başqa hissəsində Tbilisi prospektinin bir hissəsinə verildi). 2007-ci ildən bəri prospekt dəfələrlə təchiz edilmiş və genişləndirilmişdir - bir çox qəzalı yaşayış binaları sökülüb və işləməyən sənaye obyektləri ləğv edilib, prospektin eni əvvəllər 32 metr, sonra 45-ə, bəzi yerlərdə isə 55 metrə qədər (10 zolaq) genişləndirildi. 2013-cü ildə prospektin yenidən qurulması layihəsi təsdiq edilib.
Leksinqton prospekti (Manhetten)
Leksinqton prospekti (ing. Lexington Avenue) — Nyu-York şəhəri Manhetten borosunun İst Sayd rayonunda yerləşən birtərəfli uzun küçə. Küçənin cənub sərhədi 21-ci küçədəki Qramersi Parkda yerləşir, şimal sərhədi isə 131-ci küçədə. Leksinqton prospektinin uzunluğu 8,9 kilometr təşkil edir və o, Harlem, Karnegi Hill, Yuxarı İst Sayd, Midtaun və Marri Hill kvartal və rayonlarından keçir. Qramersi Parkdan cənubda, 14-cüdən 20-ci küçələrə qədər prospekt xətti boyunca kiçik, iki tərəfli İrvinq Pleys küçəsi yerləşir. Leksinqton prospekti boyunca Nyu-York metropoliteninin Leksinqton Avenyu, Ay Ar Ti xətti keçir. Həmçinin küçədə Mərkəzi vağzal — 42-ci küçə (7), Leksinqton Avenyu — 63-cü küçə (7) və Leksinqton Avenyu — 59-cu küçə (N, Q, R) kimi stansiyaların çıxışı yerləşir. 2013-cü ilin iyun ayına olan vəziyyətə əsasən Leksinqton prospektində M98, M101, M102 və M103 avtobus marşrutları xidmət göstərirlər. İrvinq Pleys küçəsində ictimai nəqliyyat vasitəsi xidmət göstərmir.
Mira prospekti (Vladiqafqaz)
Mira (Oset. Сабырдзинады prospekti) - Rusiya, Şimali Osetiya, Vladiqafqaz şəhərinin mərkəzi prospektidir. Şəhərin tarixi və mədəni mərkəzidir. İriston Bələdiyyə Mahalında, Azadlıq Meydanından başlayır və şimaldan Kirov küçəsinə keçir. Mira prospekti, Qorki, Djanaev, Mayakovski və Nikitin küçələri ilə kəsişir. Mira prospekti qərb tərəfdən , Lenin meydanı ilə kəsişir və Stanislavski zolağı və Nekrasov küçəsində başa çatır. Mira prospektindən şərqə Sereteli, Butırina, Kuybışeva və Petrovski küçələri başlayır. Prospekt 19-cu əsrin birinci yarısında hərbi Vladiqafqaz bölgəsinin ilk rəisi və qalanın komendantı general-leytenant Pyotr Nesterovun səyləri ilə qurulmağa başladı. XIX əsrin 40-cı illərində, onun təşəbbüsü ilə Monplezir parkı təşkil edildi - bu gün prospektə bitişik olan Kosta Xetaqurov Mərkəzi Mədəniyyət və İstirahət Parkının bir hissəsidir. Sonradan küçə onun adını daşıyırdı - Nesterovski Bulvarı.
Mətbuat prospekti (Bakı)
Mətbuat prospekti — Bakı şəhərinin Yasamal rayonunda prospekt. Prospektdə Azərbaycan nəşriyyatı (əvvəlki Kommunist nəşriyyatı) yerləşdiyindən belə adlandırılmışdır. Mətbuat prospekti Abbas Mirzə Şərifzadə və Zahid Xəlilov küçələrinə paraleldir. Mətbuat prospekti Mikayıl Müşfiq küçəsindən başlayır və Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişmədə bitir. Yasamal parkında bitən prospektin davamı olaraq Həsən bəy Zərdabi küçəsi başlayır. Seyfəddin Dağlı küçəsi Abbas Mirzə Şərifzadə küçəsi Ayna Sultanova küçəsi Məmməd Rahim küçəsi Bəxtiyar Vahabzadə küçəsi İsfəndiyar Zülalov küçəsi Şəhriyar küçəsi № ? — Yasamal qəbiristanlığı № ? — Azərbaycan nəşriyyatı № 23 — Beynəlxalq Mətbuat Mərkəzi № 25 — Kaspi Təhsil Mərkəzi № ? — Bakı Dövlət Universitetinin yataqxanaları № ?
Neftçilər prospekti (Bakı)
Neftçilər prospekti — Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən, iki istiqamətli 5 zolaqlı küçədir. Küçə öz başlanğıcını Azneft meydanından götürür, Bakı bulvarı boyunca uzanaraq, Yusif Səfərov küçəsi səviyyəsində Nobel prospektinə keçir. Küçənin uzunluğu 3,3 km-dir.
Nobel prospekti (Bakı)
8 Noyabr prospekti — Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən ən uzun, iki istiqamətli 6 zolaqlı küçə. Küçə öz başlanğıcını Neftçilər prospekti ilə Yusif Səfərov küçəsinin kəsişdiyi nöqtədən götürür və Ramiz Quliyev küçəsi səviyyəsində Zığ şosesinə keçir. Küçənin uzunluğu 6,5 km-dir. Yolun sonu Nargilə dairəsində bitir. 12 aprel 2021-ci ildə prospektin adı "8 Noyabr" olaraq dəyişdirilmişdir.
Tbilisi prospekti (Bakı)
Tbilisi prospekti — Bakıda prospekt. Moskva prospektindən Bakıxanov küçəsinə kimi uzanır. Bakı Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1963-cü ilin 13 sentyabrında verdiyi qərara əsasən Saray şossesinin adı dəyişdirilib Tbilisi prospekti oldu. Bakı şəhərinin icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 2004-cü il 14 iyun tarixində imzaladığı 125 nömrəli sərəncama əsasən prospektin bir hissəsinin adı dəyişdirilərək Moskva prospekti olmuşdur. 1990-cı ildə yanvarın 20-də sovet ordusunun tankları Tbilisi prospekti ilə irəliliyərək yüzlərlə insanı öldürmüşdürlər. Ölənlərin çoxu 20 yanvar dairəsində həlak olmuşdurlar. Mehdi Hüseynzadənin heykəli. Heydər Əliyev adına idman-konsert kompleksi. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin binası Qara Məşədiyev, "Bakı küçələri: adlar və talelər", Bakı: "Elm və təhsil", 2013.
Yena prospekti (Paris)
Yena prospekti (fr. Avenue d'Iéna) — Parisin XVI arrondissmentinə aid küçələrindən biri. Azərbaycanın Fransadakı səfirliyi bu prospektdə yerləşir. Küçə 14 oktyabr 1806 cı ildə Yene yaxınlığında Napoleonun Prusiya qoşunu üzərindəki qələbəsinin şərəfinə adlandırılmışdır. Yena prospekti №6 ünvanında sənayeçi Emil Qimenin yaratmış olduğu Şərq mədəniyyətini sərgiləyən Qime muzeyi yerləşir. Yena prospekti №78 ünvanında Azərbaycanın Fransa səfirliyi yerləşir.
Şimal prospekti (İrəvan)
Şimal prospekti (erm. Հյուսիսային պողոտա, ing. Northern avenue) — prospekt olaraq piyada keçid zonasını təşkil edir. Belə ki, Opera və Balet teatrını Respublika meydanı ilə birləşdirir. Prospekt boyunca elit bina, restoran və ofislər yerləşir. Prospektin uzunluğu 1,5 km təşil edir Şimal prospektinin inşası fikiri 1900-cü ildə Aleksandr Oqanesoviç Tamanyan tərəfindən irəli sürülmüşdür. Sovet hakimiyyəti qurulduqdan sonra layihədən imtina edilmişdir. XX əsrin sonlarında prospektin salınması fikri yenidən ortaya çəxmışdır. İlk eskizlərə əsasən prospekt bir başa Respublika meydanıma uzanmalə idi. Ancaq bir müddət əvvəl burada inşa edilən Ermənistan milli qalereyası bunu etməyə imkan verməmişdir.

Digər lüğətlərdə